Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib

Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib

Bakı. TurkicWorld:

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili noyabrın 24-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

TurkicWorld xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir İrakli Qaribaşvilini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

xxx

10:34

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Bakıya səfərə gəlir.

TurkicWorld xəbər verir ki, bu barədə məlumatı Baş nazirin mətbuat xidməti yayıb.