Türkiyə həm regional, həm də qlobal miqyasda əsas siyasi və iqtisadi aktorlardan birinə çevrilib - Qaribaşvili

Türkiyə həm regional, həm də qlobal miqyasda əsas siyasi və iqtisadi aktorlardan birinə çevrilib - Qaribaşvili

Bakı. TurkicWorld:

Son 100 ildə Türkiyə həm regional, həm də qlobal miqyasda əsas siyasi və iqtisadi aktorlardan birinə çevrilib.

TurkicWorld-un məlumatına görə, bu sözləri Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.

"Türkiyə müasir bir ölkədir. Bu böyük ölkə və millət yarandığı gündən müasir, sənayeləşmiş və inkişaf etmiş bir dövlət olmaq yolunda bir çox çətinliklərlə üzləşib. Türkiyə regional və qlobal arenada ən mühüm ölkələrdən biridir. Son 100 ildə Türkiyə həm regional, həm də qlobal miqyasda əsas siyasi və iqtisadi aktorlardan birinə çevrilib. Regional və qlobal arenada sabitliyin və inkişafın möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Türkiyəyə böyük əhəmiyyət veririk. Məmnuniyyətlə qeyd etmək istərdim ki, Gürcüstan və Türkiyə müstəqillik əldə etdikdən sonra özünəməxsus dostluq və qardaşlıq telləri ilə bağlanırlar. Ölkələrimiz getdikcə möhkəm əlaqələrə çevrilən əməkdaşlığı davam etdirirlər. Türkiyə və Gürcüstan Asiya ilə Avropanı birləşdirən enerji və infrastruktur layihələrinin reallaşdırılmasında sıx əməkdaşlıq edirlər",- deyə Qaribaşvili bildirib.

Gürcüstan prezidenti qeyd edib ki, Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır və ilin sonuna qədər ölkələr arasında illik ticarət həcmi 3 milyard dollara çatacaq. Gürcüstanda 10 mindən çox türk şirkəti fəaliyyət göstərir və Gürcüstana birbaşa türk sərmayəsi cəmi 3 ildə 370 milyon dollara çatıb.

Aytac Süleymanova