Regiondakı qeyri-sabitliyin əsas səbəbi İsrail işğalının davam etməsidir - Misir XİN rəhbəri

Regiondakı qeyri-sabitliyin əsas səbəbi İsrail işğalının davam etməsidir - Misir XİN rəhbəri

Bakı. TurkicWorld:

Regiondakı qeyri-sabitliyin əsas səbəbi İsrail işğalının davam etməsidir.

TurkicWorld-un məlumatına görə, bu sözləri Misirin Xarici İşlər naziri Samih Şükri deyib.

"Biz diqqətimizi atəşkəsə yönəltməliyik. Atəşkəs olmadan Qəzzanın gələcəyindən danışmaq olmaz. Bu söhbətin hər hansı bir məna kəsb etməsi üçün ilk növbədə atəşkəs əldə edilməlidir. Qəzzada uşaqların və jurnalistlərin hədəf alınmasının qarşısında beynəlxalq ictimaiyyət acizdir. Bölgəyə daxil olan humanitar yardımların artırılması və məcburi köçün qarşısının alınması son dərəcə vacibdir",- deyə nazir bildirib.

Qeyd edək ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 23 min 210 nəfərə çatıb.

Aytac Süleymanova

Twitter: a_alieva_