Avropa Komissiyasının sabiq rəhbəri vəfat edib

Avropa Komissiyasının sabiq rəhbəri vəfat edib

Bakı. TurkicWorld:

Avropa Komissiyasının sabiq prezidenti, Fransanın siyasi və dövlət xadimi Jak Delor vəfat edib.

TurkicWorld-un məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyinə siyasətçinin qızı, Lill meri Martin Obri deyib.

Məlumata əsasən, J.Delorun 98 yaşı olub.

"O, Parisdəki evində yuxuda ölüb", - deyə siyasətçinin qızı bildirib.