Son dəqiqə

Avropa İttifaqı Rusiya Ukrayna Moskva Avropa Komissiyası Kiyev Rusiya Ukrayna müharibəsi

AI Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin hazırlıqlarına başlayır - KİV

BAKI,TurkicWorld

Avropa İttifaqı 2026-cı ilin əvvəlindən etibarən Rusiyaya qarşı sayca 20-ci sanksiyalar paketinin layihəsini hazırlamağa başlayacaq.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Avropa Komissiyası yeni məhdudlaşdırıcı ölçülərlə bağlı təklifləri yanvar ayından etibarən nəzərdən keçirəcək.

Qeyd olunub ki, yeni sanksiyalar başlıca olaraq Rusiya Federasiyasının enerji resurslarından əldə etdiyi gəlirlərin məhdudlaşdırılmasına, eləcə də Rusiyanın "kölgə" donanmasına hədəflənə bilər.

Mövzuya görə xəbərlər