Son dəqiqə

Şarl Mişel Kiyev

Şarl Mişel Kiyevə gedib

Bakı. TurkicWorld:

Avropa ittifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel bu gün Kiyevə səfər edib.

TurkicWorld xəbər verir ki, Şarl Mişel barədə özünün "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Yenidən Kiyevdə, dostların arasında olmaq xoşdur", - deyə o paylaşımında yazıb.

Qeyd edək ki, 21 noyabr Ukraynada Ləyaqət və Azadlıq Günü qeyd olunur. Aİ Şurası prezidenti ilə yanaşı, Moldova prezidenti Maya Sandu və Almaniyanın müdafiə naziri Boris Pistorius da Kiyevdə səfərdədir.

Mövzuya görə xəbərlər