Bakı. TurkicWorld:
İran Azərbaycan səfirliyinə hücum edən terrorçuya ölüm hökmü verib.
TurkicWorld-un məlumatına görə, İranın Tehrandakı Azərbaycan səfirliyinə hücum edən terrorçuya ölüm hökmü verilib.
Xatrıladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.







