Son dəqiqə

İran

Aİ İranı edamlara son qoymağa çağırıb

Bakı. TurkicWorld:

Avropa İttifaqı (Aİ) İranı ölüm hökmünü ləğv etməyə və məhbuslara qarşı lazımi hüquqi prosesləri başlatmağa çağırıb.

TurkicWorld xəbər verir ki, bu çağırış İranda son bir il ərzində artan edamların sayı ilə əlaqəlidir.

Məlumata görə, Aİ-nin bəyanatında ötən il İranda əxlaq polisi tərəfindən zorakılığa məruz qalan Məhsa Əmininin ölümündən danışılıb və bu hadisənin İranda daxili etirazları daha da gücləndirdiyini vurğulanıb.

Bundan başqa, Aİ İranda insan haqlarının hələ də kritik vəziyyətdə qalmasına diqqət yetirib. Qeyd olunub ki, mövcud vəziyyətdə Aİ və ona üzv ölkələr İranı özünün də qoşulmuş olduğu Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda qeyd olunan prinsiplərə ciddi şəkildə riayət etməyə çağırırlar.

Qeyd edək ki, İranda ötən ay ərzində 69 nəfərin edam hökmü icra edilib. Cari il ərzində isə 423 nəfərin edam hökmü həyata keçirilib.

Mövzuya görə xəbərlər