Son dəqiqə

Böyük Britaniya

Böyük Britaniya İranın mədəniyyət nazirinə və Tehran merinə qarşı sanksiyalar tətbiq edib

Bakı. TurkicWorld:

Böyük Britaniya hökuməti ABŞ, Kanada və Avstraliya ilə koordinasiyalı şəkildə İranın mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili və Tehran meri Əlirza Zəkaniyə qarşı sanksiyalar tətbiq ediblər.

TurkicWorld xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bəyanat verib.

Məlumata görə, sanksiyalar iranlı məmurların Böyük Britaniyaya girişinə qadağa qoyulmasını və bank hesablarının dondurulmasını nəzərdə tutur.

İranın mədəniyyət nazirinin müavinləri də sanksiyalara məruz qalanlar arasındadır.

Sanksiyaların İranda məcburi hicab qanununa qarşı çıxan Məhsa Əmininin ölümü ilə əlaqəli olduğu deyilir.

Xatırladaq ki, 22 yaşlı Məhsa Əmini ötən ilin sentyabr ayında hicab qaydalarına riayət etməməsi səbəbi ilə polis şöbəsinə aparılıb və bir neçə saatdan sonra naməlum şəkildə ölüb. Gənc qızın ölümü İranda ciddi etirazlara səbəb olub.

Mövzuya görə xəbərlər