ABŞ Rusiya sanksiya

ABŞ Rusiyaya qarşı sanksiyaları yenidən genişləndirib

Bakı. TurkicWorld:

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytı məlumat yayıb.

Yeni siyahıya 20-dən çox fiziki şəxs və onlarla müəssisə daxildir. Bunlara “Rosavtodor”, “AvtoVAZ”, “Moskviç”, “Transmaşholdinq” və “NPO Saturn” kimi şirkətlər aiddir.

Qeyd edək ki, bundan əvvəl də ABŞ kibertəhlükəsizliklə bağlı sanksiyalar siyahısını genişləndirib. Kibertəhlükəsizliklə bağlı sanksiyalar siyahısına Rusiyadan 11 fiziki şəxs daxil edilib.

Mövzuya görə xəbərlər