Bakı. TurkicWorld:
Nyu-Dehli sammitində Afrika İttifaqı G20-yə daimi üzv qəbul olunub.
TurkicWorld xəbər verir ki, bu barədə bu gün sammitin açılışında çıxış edən Hindistanın baş naziri Narendra Modi elan edib.
55 üzv dövlətin kontinental təşkilatı olan Afrika İttifaqı indi Avropa İttifaqı ilə eyni statusa malikdir - tam üzvlüyə malik yeganə regional blok. İttifaqın əvvəlki statusu "dəvət olunmuş beynəlxalq təşkilat" idi.
Qeyd edək ki, G20-yə daha əvvəl 19 ölkə və Avropa İttifaqı daxil idi, üzvlər qlobal ÜDM-in təxminən 85%-ni, qlobal ticarətin 75%-dən çoxunu və dünya əhalisinin təxminən üçdə ikisini təmsil edirdi.
xxx
10:44
Afrika İttifaqı "Böyük İyirmiliy"ə (G20) daimi üzv olmağa dəvət edilib.
TurkicWorld xəbər verir ki, bu barədə təklif G20-nin Hindistanda keçirilən sammitində irəli sürülüb.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün “X” (tvitter) sosial şəbəkə hesabında dəvətdən məmnunluğunu ifadə edib.
Qeyd edək ki, G20-də təmsil olunan yeganə təşkilat Avropa İttifaqıdır.