Hindistda G20 liderlərinin “Bir dünya, bir ailə, bir gələcək” adlı sammiti başlayıb

Hindistda G20 liderlərinin “Bir dünya, bir ailə, bir gələcək” adlı sammiti başlayıb

Bakı. TurkicWorld:

Hindistanın paytaxtı Nyu-Dehlidə "Böyük İyirmiliy"in (G20) "Bir dünya, bir ailə, bir gələcək" adlı sammit başlayıb.

TurkicWorld xəbər verir ki, Hindistan baş naziri Narendra Modi qonaqları qarşılayıb.

Məlumata görə, G20 sammiti 2 gün davam edəcək.

Qeyd edək ki, G20 1999-cu ildə dünya iqtisadi böhranları ilə əlaqədar yaradılıb. Məqsəd Asiya ölkələrinin maliyyə böhranını həll etmək idi.

Təşkilata Argentina, Avstraliya, Braziliya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Böyük Britaniya, Meksika, ABŞ, Rusiya, Türkiyə, Fransa, Cənubi Koreya, Cənubi Afrika Respublikası (CAR), Yaponiya, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı daxildir.