Son dəqiqə

Rusiya Ukrayna Xorvatiya Taxıl Dəhlizi Sazişi

Ukrayna taxılı Xorvatiya limanları vasitəsilə dünyaya ixrac olunacaq

Bakı. TurkicWorld:

Ukrayna taxılı Xorvatiyanın Dunay çayı və Adriatik dənizi üzərindəki limanları vasitəsilə dünyaya ixrac olunacaq.

TurkicWorld-un məlumatına görə, Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç-Radman ilə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba arasında Kiyevdə görüş baş tutub.

Görüş zamanı Ukrayna taxılının Xorvatiyanın Dunay çayı və Adriatik dənizi üzərindəki limanları vasitəsilə dünyaya ixracına dair tərəflər arasında razılıq əldə olunub.

"İndi biz bu limanlara ən səmərəli marşrutları müəyyən etmək üçün çalışacağıq. İxraca maneələrin aradan qaldırılmasına hər hansı töhfə, açılan hər qapı qlobal ərzaq təhlükəsizliyinə real və effektiv dəstəkdir",- deyə Dmitro Kuleba bildirib.

Qeyd edək ki, Afrika və Yaxın Şərqin bir çox ölkəsinin ən böyük taxıl təchizatçılarından biri olan Ukraynanın bu ölkələrə taxıl daşımaları Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra tamamilə dayanıb. Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin təşəbbüsü ilə 22 iyul 2022-ci ildə Rusiya və Ukrayna arasında Taxıl Dəhlizi Sazişi imzalanıb. Əvvəlcə 120 gün müddətinə imzalanan müqavilə daha sonra üç dəfə uzadılıb.

Rusiya, 2023-cü il iyulun 17-də başa çatan müqaviləni öz qida məhsullarının satışına maneələrin aradan qaldırılmadığını əsas gətirərək uzatmamaq qərarına gəlib.

Mövzuya görə xəbərlər