Son dəqiqə

Türkiyə NATO İsveç Qurani-Kərim

Qurani-Kərimin yandırılması ilə bağlı təxribatlara qarşı Danimarka ilə sıx dialoq aparırıq – İsveç Baş naziri

Bakı. TurkicWorld:

Qurani-Kərimin yandırılması ilə bağlı təxribatlara qarşı Danimarka ilə sıx dialoq aparırıq.

TurkicWorld-un məlumatına görə, bu barədə İsveçin Baş naziri Ulf Kristersson deyib.

"Bizim müxtəlif mənşəli və inanclı insanlara hörmətlə yanaşmaq ənənəmiz var. Din azadlığı cəmiyyətlərimizin təbii sütunudur. Biz "İctimai asayiş haqqında" qanun da daxil olmaqla, qanunvericilik aktlarını təhlil edirik.” – deyə Baş nazir qeyd edib.

Məlumat üçün qeyd edək ki, 30 iyul tarixində Türkiyə XİN rəhbəri Hakan Fidan ilə İsveç XİN rəhbəri Tobias Billström arasında telefon danışığı baş tutub.

Danışıq zamanı İsveçdə Qurani-Kərimə qarşı edilmiş hücumlar, NATO üzvlüyü kimi məsələlər müzakirə edilib.

Mövzuya görə xəbərlər