Danimarkada sağçı ekstremist qrup məscidin qarşısında Quranı yandırıb

Danimarkada sağçı ekstremist qrup məscidin qarşısında Quranı yandırıb

Bakı. TurkicWorld:

Danimarkada ifrat sağçı qrup paytaxt Kopenhagendə məscidin qarşısında Quranı yandırıb.

TurkicWorld-un məlumatına görə, bu hadisəni İslam əleyhdarı və ifrat millətçi “Danske Patrioter (Danimarka Patriotları)” qruplaşmasının üzvləri həyata keçirib.

İslama zidd pankartlar daşıyan və meqafonla İslamı təhqir edən qrup polisin sıx mühafizəsi altında təxribatı həyata keçirib.

Məlumat üçün bildiririk ki, qrup üzvləri təxribat anlarını sosial media hesablarında canlı olaraq paylaşıblar.

Xatırladaq ki, Danimarkada iyulun 22-də İraqın Kopenhagendəki səfirliyi qarşısında Quran yandıran qrup, iyulun 24-də İran və İraq səfirliyi qarşısında Quranı yandırıb.

Qrup daha əvvəl Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Türkiyə bayrağına və Qurana hücum edərək İslamı təhqir etmişdi.

Hafiz Rufizoğlu