Danimarka ukraynalı qaçqınları göndərəcək

Danimarka ukraynalı qaçqınları göndərəcək

Bakı. TurkicWorld:

Danimarkaya gəlmiş ukraynalı qaçqınlar sülh əldə olunan kim geri qayıdacaq.

TurkicWorld xəbər verir ki, bunu Danimarkarnın inteqrasiya və immiqrasiya məsələləri üzrə naziri Kore Dyubvad Kopenhagen Universiteti tərəfindən aparılan tədqiqatın fonunda deyib.

Belə ki, tədqiqata əsasən, Danimarkadakı urkaynalı qaçqınların yarısı (49,5%) müharibə bitəndən sonra ölkədə qalmaq istədiklərini bildiriblər.

Danimarkalı nazir ukraynalı qaçqınların ölkədə müvəqqəti yerləşdirildiyini və bu yanaşmanın dəyişməyəcəyini bildirib.

"Hansı ölkədən gəldiklərindən asılı olmayaraq, qaçqınlar kontekstində müvəqqətilik anlayışı ilə çalışırıq", - o deyib.