Danimarka hökumətini İsrailə silah ixracını dayandırmaq üçün məhkəməyə verəcəyik

Danimarka hökumətini İsrailə silah ixracını dayandırmaq üçün məhkəməyə verəcəyik

Bakı. TurkicWorld:

Danimarka hökumətini İsrailə silah ixracını dayandırmaq üçün məhkəməyə verəcəyik.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Danimarka qeyri-hökumət təşkilatları (QHT) birgə bəyanat yayımlayıb.

Açıqlamada QHT-lərin Danimarka Xarici İşlər Nazirliyi və Milli Polisə qarşı iddia qaldıracağı bildirilib.

Danimarka Beynəlxalq Amnistiya Təşkilatının baş katibi Vibe Klarup İsrailin Qəzzada əsgər və ya mülki şəxs olmasından asılı olmayaraq bir çox ailəni məhv etdiyi bombardmanları sənədləşdirdiklərini qeyd edib.

Klarup bəyan edib ki, İsrailin hücumları beynəlxalq müharibə qaydalarını pozur.

"Danimarka mülki şəxslərə qarşı bu qanunsuz hücumlara töhfə verməməlidir. Qəzzadakı soyqırım üçün siyasətçilərin hərəkətə keçdiyini görə bilmirik"-deyə açıqlamada qeyd edilib.

Hafiz Rufizoğlu