Danimarka səfiri Rusiya XİN-ə çağırılıb

Danimarka səfiri Rusiya XİN-ə çağırılıb

Bakı. TurkicWorld:

Danimarka səfiri xarici şirkətlərin Rusiyadakı fəaliyyəti ilə bağlı ölkə mətbuatında yayılan təxribat xarakterli bəyanatlara görə Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

TurkicWorld bu barədə rus KİV-lərinə istinadən xəbər verir.

“Danimarka səfirinə bildirilib ki, onun ölkə iqtisadiyyatı və hüquqi əsaslarla bağlı dəyərləndirmələri qəbuledilməzdir”, - Rusiya XİN qeyd edib.