Əfqanıstanda daşqınlar nəticəsində 22 nəfər həlak olub

Əfqanıstanda daşqınlar nəticəsində 22 nəfər həlak olub

Bakı. TurkicWorld:

Əfqanıstanın mərkəz hissəsində yerləşən Vardak əyalətində daşqınlar azı 22 nəfərin həyatına son qoyub.

TurkicWorld xəbər verir ki, Ariana News telekanalının yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, təbii fəlakət nəticəsində daha 40 nəfər itkin düşüb.

Əyalətin bir neçə rayonunda yüzlərlə ev tamamilə və ya qismən dağılıb, kənd təsərrüfatı əkinlərinə ziyan dəyib. Bölgədə bəzi yollar, o cümlədən Bamiyan şəhərini paytaxt Kabillə birləşdirən avtomobil yolu bağlanıb.