Son dəqiqə

Vladimir Zelenski Yens Stoltenberq NATO-Ukrayna Şurası

Vilnüsdə NATO-Ukrayna Şurasının ilk iclası işinə başlayıb

Bakı. TurkicWorld:

NATO-nun Vilnüs sammiti çərçivəsində NATO-Ukrayna Şurasının ilk iclası işinə başlayıb.

TurkicWorld xəbər verir ki, alyansın Baş katibi Yens Stoltenberqin sədrliyi ilə keçirilən iclasda Ukrayna Prezidenti Vladimir Zelenski həmçinin, üzv ölkələrin liderləri də iştirak edirlər. İclası açılış nitqi ilə elan edən Stoltenberq bildirib ki, Ukraynanın NATO-ya yaxınlaşdırılması qərarı qəbul edilib.

Daha sonra iclas zalından media nümayəndələri çıxarılıb və müzakirələr qapalı davam etdirilib.

Qeyd edək ki, Sammitdə NATO üzvü olan 31 ölkənin dövlət və hökumət başçıları, namizəd ölkələrdən İsveç, eləcə də Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya nümayəndələri iştirak edir.

Xatırladaq ki, iyulun 11-dən başlayan NATO-nun builki Sammiti bu gün işini yekunlaşdırır.

Mövzuya görə xəbərlər