Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenski

Zelenski Ərdoğanla danışıqlar üçün İstanbulda səfərdədir

Bakı. TurkicWorld:

Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar üçün İstanbula səfər edib.

TurkicWorld Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə ukraynalı dövlət başçısının nümayəndəsi Sergey Nikiforov açıqlama verib.

Zelenski səfər çərçivəsində Türkiyə dövlət rəhbərliyinin nümayəndələri ilə yanaşı Konstantinopol Pravoslav Kilsəsinin hazırkı yepiskopu I Varfolomeylə də görüşəcək.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Mövzuya görə xəbərlər