Son dəqiqə

Serbiya

Serbiyada silah zavodunda partlayış baş verib

Bakı TurkicWorld

Serbiyada silah zavodunda partlayış baş verib.

TurkicWorld xəbər verir ki, partlayış “Kruşik” silah zavodunda olub.

Məlumata görə, partlayış nəticəsində 1 nəfər yaralanıb.

Partlayışın başvermə səbəbləri məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, “Kruşik” silah zavodu Serbiya müdafiə sənayesinin ən böyük dövlət müəssisələrindən biridir.

Mehriban Xəlilli

@MXalilbekova

Mövzuya görə xəbərlər