Son dəqiqə

Serbiya Terrorçuluq Novi-Sad Serbiya DİN

Serbiyada terror həyəcanı: bütün dəmir yolları reysləri dayandırılıb

BAKI,TurkicWorld

Serbiyada terror təhdidi ilə əlaqədar ölkənin bütün dəmir yolu reysləri dayandırılıb.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin dəmir yollarının mətbuat xidməti bəyanat yayıb.

Məlumata görə, terror hücumunun hazırlanması ilə bağlı informasiya Novi-Sad faciəsinin ildönümü ərəfəsində daxil olub.

Potensial terror hücumunda konkret hansı obyektlərin hədəfə alındığı və digər təfərrüatlar barədə məlumat verilmir.

Mövzuya görə xəbərlər