Son dəqiqə

Vladimir Zelenski Co Bayden

Ukrayna prezidenti G7 sammitində Baydenlə görüşüb

Bakı. TurkicWorld:

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü Xirosimada keçirilən G7 sammiti çərçivəsində ABŞ prezidenti Co Baydenlə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.

Daha əvvəl ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi jurnalistlərə iki prezident arasında görüş planları barədə məlumat vermişdi.

"Biz prezident (Co Baydenin - red.) Ukrayna prezidenti Volodimir Zelenski ilə ikitərəfli görüş keçirəcəyini gözləyirik", - deyə nümayəndə bildirib. Onun sözlərinə görə, görüş yerli vaxtla "saat 14:00-dan sonra" (Bakı vaxtı ilə 09:00) başlamalı idi.

Mövzuya görə xəbərlər