Sülhməramlılara məxsus minik avtomobili Xankəndidən Laçına maneəsiz keçib

Sülhməramlılara məxsus minik avtomobili Xankəndidən Laçına maneəsiz keçib

Şuşa. TurkicWorld:

Rusiya sülhməramlılarına məxsus minik avtomobili Xankəndidən Laçına maneəsiz keçib.

Trend-in Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları yoldan çəkilərək avtomobilin keçidinə şərait yaradıblar.

Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 37 gündür ki, davam edir.

Dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.