Son dəqiqə

Xankəndi Ağdərə Xocalı

Xocalının daxili yollarının tikintisinə 1,7 milyon manat ayrılıb

Bakı, TurkicWorld

Xocalı şəhər inzibati ərazi dairəsində daxili yolların tikintisi işlərinə başlanılır.

TurkicWorld-in məlumatına görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını "Təmir-İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 1,7 milyon manat ödənilib.

Mövzuya görə xəbərlər