"Türk Dünyası" (Turkic.World) media platforması yeni layihəyə start verir

"Türk Dünyası" (Turkic.World) media platforması yeni layihəyə start verir

BAKI, Turkic.World

"Türk Dünyası" (Turkic.World) media platforması yeni video layihəyə start verir. Yeni layihəyə əsasən hər bazarertəsi tanınmış türkiyəli psixoterapevt Ayşegül Keskin cəmiyyətimizi maraqlandıran və tez-tez soruşulan sosial mövzular haqqında məlumat verəcək.

Sizi maraqlandıran müxtəlif sualları sualver@turkic.world ünvanına göndərə bilərsiniz.

Qeyd edək ki, "Türk Dünyası" (Turkic.World) media platforması 2021-ci ildə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dəstəyi ilə, Trend BİA və Türkyənin “Albayrak" Media Qrupunun əməkdaşlığı nəticəsində fəaliyyətə başlayıb.

"Türk Dünyası" (Turkic.World) media platforması 2021-cil ildə İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunmaqla yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumunun (International Business Forum (IBF)) rəsmi media tərəfdaşı olub.

Eyni zamanda Turkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşıdır.

Bununla yanaşı “Turkic.World” media layihəsi və İstanbul Ticarət Universiteti arasında tərəfdaşlıq memorandumu imzalanıb.