Bakı, Turkic.World
Dəyərsizlik hər kəsin hiss etdiyi bir duyğudur, lakin bu hissə necə reaksiya verməyimiz çox önəmlidir.
“Dəyərsizlik hissindən necə qurtulmaq olar” - mövzusu Ayşegül Keskinin təqdimatında videolayihəmizin yeni buraxılışında. Xatırladaq ki, layihəyə, əsasən, hər bazar ertəsi tanınmış türkiyəli psixoterapevt Ayşegül Keskin cəmiyyətimizi maraqlandıran və tez-tez soruşulan sosial mövzular haqqında məlumat verir.
Sizi maraqlandıran müxtəlif sualları sualver@turkic.world ünvanına göndərə bilərsiniz.
Qeyd edək ki, "Türk Dünyası" (Turkic.World) media platforması 2021-ci ildə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dəstəyi ilə, Trend BİA və Türkiyənin “Albayrak" Media Qrupunun əməkdaşlığı nəticəsində fəaliyyətə başlayıb.
"Türk Dünyası" (Turkic.World) media platforması 2021-cil ildə İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunmaqla yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumunun (International Business Forum (IBF)) rəsmi media tərəfdaşı olub.
Eyni zamanda "Turkic.World" "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşıdır.
Bununla yanaşı "Turkic.World" media layihəsi İstanbul Ticarət Universiteti, Türkiyənin Balıkesir Universiteti ,Azərbaycan İlahiyyat İnstitutu və Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfi (İHH) tərəfdaşlıq memorandumu imzalayıb.