Son dəqiqə

Azərbaycan İran Təbriz Şərqi Azərbaycan

Təbrizdə İran hökumətinə dəstək aksiyası keçirilib

BAKI,TurkicWorld

Bu gün İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində İran hökumətinə dəstək aksiyası keçirilib.

Bu barədə TurkicWorld İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, aksiya iştirakçıları ölkədə birliyin qorunması, iğtişaşçıların saxlanması və cəzalandırılmasını tələb ediblər.

Aksiya iştirakçıları müxtəlif şüarlar səsləndirərək hökumətə dəstək olduqlarını ifadə ediblər.

Qeyd edək ki, İran hökuməti iğtişaşlarda ölənlərin xatirəsinə ölkədə 3 günlük matəm elan edib. Bu gün həmçinin İranın bütün şəhərlərində hökumətə dəstək yürüşü və aksiyasının keçirilməsi nəzərdə tutulub.

Əlavə edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də, say haqda məlumat verilməyib.

Mövzuya görə xəbərlər