Son dəqiqə

Hikmət Hacıyev Prezident Administrasiyası Türk Dövlətləri Təşkilatı (TDT)

Türk dünyası qlobal güc mərkəzlərindən birinə çevrilməkdədir - Hikmət Hacıyev

BAKI,TurkicWorld

Türk dünyası qlobal güc mərkəzlərindən birinə çevrilən ümumi ailəmizdir.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Hikmət Hacıyev "X" səhifəsində yazıb.

"Qəbələ Türk Dövlətləri Təşkilatının 12-ci Sammitinə ev sahibliyi edir. 12-ci Sammit sülh və təhlükəsizlik mövzusuna həsr olunub. Bu gün təhlükəsizlik məsələləri bütün ölkələr üçün xüsusi diqqət mərkəzində və əsas prioritet olaraq qalır", - o yazıb.

Mövzuya görə xəbərlər