Son dəqiqə

Rusiya zəlzələ Zəlzələ Xəbərdarlıq Sistemi zəlzələ fay xətti Zəlzələnin təsiri və nəticələri zəlzələ qorxusu

Rusiyada 3-cü sunami dalğası Kuril adasının limanını su altında qoyub

Bakı, TurkicWorld

Kuril adalarında güclü zəlzələdən sonra baş vermiş üçüncü sunami dalğası şəhər limanını və balıq emalı üzrə müəssisəni su altında qoyub.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

İlkin məlumata görə, zəlzələ və üç sunami dalğası nəticəsində zərərçəkən olmayıb və hər hansı dağıntı qeydə alınmayıb. Şimal-Kuril rayonunda yeraltı təkanlar və sunamilərdən sonra fövqəladə vəziyyət elan olunub. Ümumilikdə bölgədə 3 minə yaxın insanın təhlükəsiz ərazilərə təxliyə olunduğu bildirilir.

Qeyd edək ki, 3 sunami dalğasına yol açmış 8,7 bal gücündə zəlzələ iyulun 30-da Kamçatkada baş verib. Rusiya Elmlər Akademiyasına görə bu regionda ötən əsrin yarısından bəri qeydə alınmış ən güclü yeraltı təkanlar olub.

Mövzuya görə xəbərlər