Son dəqiqə

Fransa UNESCO

UNESCO-da "Divanü Lüğət-it-Türk"ün 950 illiyinə həsr edilmiş konfrans keçirilib

Bakı, TurkicWorld

Bu gün Fransanın paytaxtı Parisdə, UNESCO-nun Baş Qərargahında "Mətnçilikdə Dünyanın Xəritəsini Çəkmək: "Divanü Lüğət-it-Türk" əsərinin 950 illiyi münasibətilə" adlı beynəlxalq konfrans keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı Milli Komissiyası məlumat yayıb.

Tədbir UNESCO-nun 2024-cü il Yubileylər Proqramı çərçivəsində görkəmli lüğətçi və filoloq Mahmud Kaşğarlının möhtəşəm əsərinin 950 illiyinə həsr olunub.

Konfrans Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türk dövlətlərinin əməkdaşlığı ilə təşkil edilib və tədbirə yüksək rütbəli rəsmilər və alimlər qatılıb.

Əsas məruzəçilər arasında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raymkulova, UNESCO-nun Afrika Prioritetləri və Xarici Əlaqələr üzrə Baş direktor köməkçisi Firmin Matoko, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Seymur Fətəliyev, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev Azərbaycanın UNESCO-dakı Daimi Nümayəndəliyi və digər şəxslər yer alıb.

Mövzuya görə xəbərlər