Son dəqiqə

Türkiyə

Türkiyədə "Gürz-18" əməliyyatı keçirilib: terror sığınacaqları məhv edilib

Bakı, TurkicWorld

Türkiyə Daxili İşlər Nazirliyinin Şirnakda keçirdiyi "Gürz-18" əməliyyatı nəticəsində PKK terror qruplaşmasının istifadə etdiyi 55 mağara və başqa sığınacaq yerləri məhv edilib, xeyli silah-sursat ələ keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata əsasən, əməliyyatların nəticəsində 10 ədəd "M79" tank əleyhinə raket sursatları, 17 ədəd "PKM" pulemyotu, 12,7 mm-lik zenit silahı, 2 ədəd "RPG-7" reaktiv yaylım atəşi, "Zaqros" snayper silahı, "Draqunov" snayper silahı, "AK-47" piyada tüfəngi, 5 "TM 62 M" tank əleyhinə mina, 123 reaktiv yaylım atəşi, 600 zenit sursat, 7,62 mm-lik 3 min 600 "PKMS" pulemyot gülləsi, 5 min 700 atıcı silah gülləsi, 81 mm 8 minaatan sursatı, 500 metr istifadə və kustar üsulla hazırlanmış partlayıcı qurğu ələ keçirilib.

Mövzuya görə xəbərlər