Bakı Limanında Zəfər Günü qeyd edilib

Bakı Limanında Zəfər Günü qeyd edilib

Bakı. TurkicWorld:

Avropa və Asiya arasında körpü rolunu oynayan Bakı Limanında Zəfər Günü münasibətilə unikal aksiya keçirilib. Regionun ən müasir logistika mərkəzi olaraq iki qitə arasında təkərli texnika daşımaçılığında da xüsusi rol oynayan limanda, əksər hissəsi Türkiyə Mərkəzi Asiyaya arasında yük daşınmasında istifadə edilən 26 TIR vasitəsilə ZƏFƏR sözü həkk edilib və qələbənin rəmzi olan "Dəmir Yumruq" pankartı açılıb. Bu möhtəşəm aksiyanın təşkilində Qardaş ölkə Türkiyə şirkətlərinə məxsus TIR-lardan aktiv şəkildə istifadə edilib.

Bakı Limanı olaraq Zəfər Günü münasibətilə bütün Türk dünayasını təbrik edirik!