Bakı. TurkicWorld:
Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası fasilədən sonra davam etdirilib.
TurkicWorld-in məlumatına görə, iclasın davamında təqsirləndirilən şəxsin müdafiəçisi çıxış edib.
Çıxışdan sonra məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib.
Qeyd edək ki, iclasın birinci hissəsində dövlət ittihamçısı çıxış edərək V.Xaçaturyanın ağır cinayət törətdiyini diqqətə çatdırıb.
O bildirib ki, məhkəmə iclasları zamanı V.Xaçatryana insani münasibət göstərilib və özünü müdafiəsi üçün ona lazımi şərait yaradılıb.
Dövlət ittihamçısı qeyd edib ki, məhkəmə iclasında V.Xaçatryanın törətdiyi cinayət əməlləri sübuta yetirilib.
O, məhkəmədən V.Xaçatryana 15 il azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş edib.
XXX
Saat 11.02
Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilir.
TurkicWorld-in məlumatına görə, iclasda dövlət ittihamçısı çıxış edərək V.Xaçaturyanın ağır cinayət törətdiyini diqqətə çatdırıb.
O bildirib ki, məhkəmə iclasları zamanı V.Xaçatryana insani münasibət göstərilib və özünü müdafiəsi üçün ona lazımi şərait yaradılıb.
Dövlət ittihamçısı qeyd edib ki, məhkəmə iclasında V.Xaçatryanın törətdiyi cinayət əməlləri sübuta yetirilib.
O, məhkəmədən V.Xaçatryanın 15 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş edib.





