Ərazi bütövlüyümüzün qorunması uğrunda şəhid olmuş insanların qəhrəmanlığından ruhlanırıq - DİN

Ərazi bütövlüyümüzün qorunması uğrunda şəhid olmuş insanların qəhrəmanlığından ruhlanırıq - DİN

Bakı. TurkicWorld:

Daxili İşlər Nazirliyi 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.

TurkicWorld xəbər verir ki, qurum paylaşımı "Facebook" sosial şəbəkə hesabında dərc edib.

"Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş insanların qəhrəmanlığından ruhlanırıq, onların şəhidliyinə görə fəxr edirik", - paylaşımda qeyd edilib.

Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.

Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.