Sabah Bakıdan beynəlxalq təşkilatlara mesajlar ünvanlanacaq

Sabah Bakıdan beynəlxalq təşkilatlara mesajlar ünvanlanacaq

Bakı. TurkicWorld:

Sabah Azərbaycanda itkin və girov düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçiriləcək.

TurkicWorld-un məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı bu gün Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.

O qeyd edib ki, konfransda bir çox xarici qonaqlar, keçmiş baş nazirlər iştirak edəcək. O bildirib ki, konfransda beynəlxalq təşkilatlara mesajlar ünvanlanacaq. Bu məsələyə beynəlxalq səviyyədə diqqət artırılmalıdır. BMT-də bu istiqamətdə mexanizm yaradılmasına ehtiyac var.