Hərbi pilotların təlimlərindən görüntülər

Hərbi pilotların təlimlərindən görüntülər

Bakı. TurkicWorld:

Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.

TurkicWorld xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması, eləcə də, plana uyğun olaraq digər fəaliyyətlər yüksək peşəkarlıqla icra olunub.

Qeyd edilib ki, hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi və peşəkarlığının artırılması məqsədi ilə keçirilən təlimlər davam edir.