Son dəqiqə

zəlzələ Mərakeş

Mərakeşdə zəlzələdə ölənlərin sayı 632-yə çatıb

Bakı. TurkicWorld:

Mərakeşdə zəlzələdə ölənlərin sayı 820-yə çatıb.

TurkicWorld xəbər verir ki, bu barədə Mərakeşin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Azı 672 nəfər yaralı olduğu bildirilib.

Qeyd edək ki, Mərakeşdə 6,9 bal gücündə zəlzələ baş verib.

xxx

10:51

Mərakeşdə zəlzələdə ölənlərin sayı 632-yə çatıb.

TurkicWorld xəbəre verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Qeyd edək ki, Mərakeşdə 6,9 bal gücündə zəlzələ baş verib.

xxx

06:42

İlkin rəsmi məlumata görə, Mərakeşdə baş vermiş zəlzələdə 296 nəfər ölüb.

TurkicWorld-in məlumatına görə, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

“Goud” portalının məlumatına görə, Əl-Hauz, Şişaya, Uarzazat əyalətlərində və Mərakeş şəhərində onlarla insan həlak olub. Zəlzələdən zərər çəkmiş ərazilərdə elektrik enerjisi və mobil rabitə ilə bağlı ciddi problemlər yaranıb.

Mərakeşin turizm mərkəzi və mədəniyyət paytaxtı Mərakeş şəhərində, eləcə də ölkənin ən böyük üzgüçülük kurortu olan Aqadirdə yaşayış binalarının və müxtəlif tikililərin uçması qeydə alınıb.

Yeraltı təkanlar Krallığın bir sıra iri şəhərlərində, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub. Hazırda xilasetmə qüvvələri ərazidə işləyirlər.

xxx

05:58

Mərakeşdə 6,9 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 100-ü ötüb.

TurkicWorld-in məlumatına görə, bu barədə "Goud" informasiya portalı rəsmi mənbələrə istinadən bildirib.

"Al Arabiya" telekanalı mənbələrə istinadən xəbər verib ki, 93 nəfər həlak olub.

Bildirilib ki, onlardan 73-ü Mərakeş yaxınlığındakı Əl-Həuz vilayətindədir.

Mövzuya görə xəbərlər