Xankəndi-Laçın yolu

Erməni qadın Laçın sərhəd-buraxılış məntəqəsində sərhədçilərimizə təşəkkür edib

Bakı. TurkicWorld:

Laçın-Xankəndi yolunun başlanğıcında, Laçın sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidini Azərbaycan çox yüksək səviyyədə icra edib və edəcək.

TurkicWorld-in əldə etdiyi yeni videogörüntüdə mülki erməni qadının Azərbaycan hərbçisinə təşəkkür etməsi bu deyilənlərin əyani təsdiqidir.

Qarabağın erməni əhalisi bu vaxta kimi çox sərbəst və təhlükəsiz şəkildə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müşayiətilə sərhəd-buraxılış məntəqəsindən keçiblər.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasının göstəricisidir. Eyni zamanda bu kadr bir daha göstərir ki, Azərbaycan sərhədçiləri Qarabağın erməni əhalisi ilə olduqca nəzakətli davranmaqla yanaşı, onlara hansı xalqın nümayəndəsi olmaları ilə bağlı fərq qoymurlar.

Erməni qadının Azərbaycan sərhədçisinə təşəkkür videosunu təqdim edirik:

Mövzuya görə xəbərlər