Fransadakı üsyanın mərkəzindən görüntülər

Fransadakı üsyanın mərkəzindən görüntülər

Bakı. TurkicWorld:

Türkiyənin Yeni Şafak qəzeti Fransadakı üsyanın mərkəzindən yeni görüntülər paylaşıb.

TurkicWorld-un məlumatına görə, iğtişaşlar Marsel, Lion, Sent-Etyen, Tuluza, Bordo, eləcə də Parisətrafı qəsəbələrdə, xüsusən də Sen-Denidə baş verib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Fransada yaşayan Azərbaycan vətəndaşlarına təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Xatırladaq ki, baş verən iğtisaşlarda AzTV əməkdaşlarına da hücum edilib.

Fransa Daxili İşlər Nazirliyi bildirib ki, üsyan zamanı 427 nəfərin saxlanılıb.

Fransada baş verən üsyan 27 iyunda polisin 17 yaşlı gəncə atəş açaraq öldürməsi nəticəsində başlayıb.