Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası yeganə yoldur - Fuad Məmmədov "Tofiq Abbasovla dialoq" verilişində

Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası yeganə yoldur - Fuad Məmmədov "Tofiq Abbasovla dialoq" verilişində

Bakı. TurkicWorld:

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı efirə yayımlanıb.

TurkicWorld-un məlumatına görə, verilişin qonağı Azərbaycanın tanınmış alimi, pedaqoq, maarifçi və ictimai xadim, "Simurq" Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin banisi Fuad Məmmədov olub.

Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasından danışan F.Məmmədov qeyd edib ki, sülhə, əməkdaşlığa və anlaşmaya aparan yollar nəzərdən keçirilməlidir.

"Daha yaxşı gələcəyimiz mədəni baxış əsasında qurulmalıdır. Ünsiyyət lazımdır, əlaqələr lazımdır. Hər şey xoş iradə əsasında baş verməlidir. Məqsədəuyğun olardı ki, bu proseslər Azərbaycan ərazisində başladılsın və ermənilər görsünlər ki, bu proseslər həqiqətən erməni xalqının maraqlarına cavab verir. Azərbaycan ərazisində yaşayan ermənilər faktiki olaraq Azərbaycan vətəndaşlarıdır. Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası yeganə yoldur. Onlar Azərbaycan əhalisinin bir hissəsidir", - o deyib.

Trend BİA verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır: