Son dəqiqə

Müdafiə Nazirliyi Anatolian Phoenix - 2023

"Anatolian Phoenix - 2023" beynəlxalq təlimində praktiki tapşırıqlar icra edilib

Bakı. TurkicWorld:

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2023" ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təlimində praktiki tapşırıqlar icra edilib.

Müdafiə Nazirliyindən TurkicWorld-a verilən məlumata görə, əvvəlcə təlimin planına uyğun olaraq keçirilən brifinqdə iştirakçılara təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqlar və onların icra ardıcıllığı, axtarış-xilasetmə tədbirinin görüləcəyi ərazinin relyefi və iqlimi ilə bağlı zəruri məlumatlar verilib.

Ssenariyə əsasən, qəzaya uğramış ekipaj üzvlərinin axtarış-xilas və təxliyə edilməsi fəaliyyəti təlim iştirakçıları tərəfindən uğurla icra olunub.

Təlimdə qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində əsas məqsəd hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən iştirakçı ölkələrin hərbi qulluqçuları arasında qarşılıqlı uzlaşma və təcrübə mübadiləsinin təmin edilməsidir.

Mövzuya görə xəbərlər