Strasburqda Azərbaycanın iqtisadi layihələrinin beynəlxalq müzakirələri keçirilib

Strasburqda Azərbaycanın iqtisadi layihələrinin beynəlxalq müzakirələri keçirilib

Bakı. TurkicWorld:

Baku Network ekspert platformasının təşkilatçılığı ilə Strasburqda Azərbaycanın iqtisadi layihələrinin beynəlxalq müzakirələri keçirilib.

TurkicWorld xəbər verir ki, müzakirələrdə Azərbaycan Milli Məclisinin deputatları Tural Gəncəliyev, Sevil Mikayılova və Nurlan Həsənov, həmçinin Avropa Parlamentinin Polşadan olan deputatı Riçard Çarnetski iştirak ediblər.

Müzakirə iştirakçıları Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafı, birgə iqtisadi layihələrin icrasının hazırki dinamikası barədə fikir mübadiləsi aparıblar. Müzakirələrdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi önəmli töhfə, Orta dəhlizin misilsiz əhəmiyyəti və digər aktual məsələlər vurğulanıb.

Baku Network ekspert platformasının fəaliyyətinin prioritetlərindən biri xüsusən Azərbaycan-Aİ əməkdaşlığının inkişafına yardım və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsindən ibarətdir.

Müzakirənin tam videoversiyasını oxucuların diqqətinə çatdırırıq: