Özbəkistanın paytaxtı Daşkənddə Franklin Templeton ofisi açılacaq

Özbəkistanın paytaxtı Daşkənddə Franklin Templeton ofisi açılacaq

Bakı. TurkicWorld:

Özbəkistanın paytaxtı Daşkənddə Amerikanın çoxmillətli şirkəti Franklin Templeton ofisi açılacaq

TurkicWorld xəbər verir ki, investisiya, sənaye və ticarət naziri Laziz Kudrətov ilə Templeton Global Equity Investments şirkətinin baş investisiya direktoru və Templeton Asset Management baş direktoru Manraj Sekhon arasında keçirilən görüşdə bu məsələ ilə bağlı razılıq əldə olunub.

Tərəflər Milli İnvestisiya Fondunun səhmlərinin yaxın aylarda “Toşkənd” Respublika Fond Birjasına təklif ediləcəyi barədə razılığa gəliblər. Bu mərhələ ABŞ, Aİ və digər ölkələrdən iri investorların cəlb edilməsinə, eləcə də geniş ictimaiyyətin fond bazarına sərmayə qoyuluşuna cəlb edilməsinə yönəlmiş bir sıra praktiki tədbirlərin həyata keçirilməsinin birinci mərhələsi olacaq.

Məlumat üçün qeyd edək ki, Franklin Templeton yetmiş ildən artıq təcrübəyə malik sərvətlərin idarə edilməsi üzrə qlobal liderdir.