Prezident Şavkat Mirziyoyev turizm potensialının artırılmasına həsr olunmuş videokonfrans keçirib

Prezident Şavkat Mirziyoyev turizm potensialının artırılmasına həsr olunmuş videokonfrans keçirib

Bakı. TurkicWorld:

Prezident Şavkat Mirziyoyev martın 29-da ölkənin turizm potensialının artırılmasına həsr olunmuş videokonfrans keçirib.

TurkicWorld-un məlumatına görə, iclasda sektorun inkişafına mane olan problemlər tənqidi təhlil edilib, vacib tədbirlər müəyyən edilib.

Prezident qeyd edib ki, sektorun inkişafı üçün xarici konsaltinq şirkətləri cəlb edilməli, mehmanxanalarda şərait beynəlxalq standartlar səviyyəsinə çatdırılmalı və onlar üçün əlavə kredit resursları ayrılmalıdır.

Məlumat üşün qeyd edək ki, iclasda turizm proqramlarının məzmunu da müzakirə olunub və turistlərin Özbəkistanda keçirdikləri hər əlavə günün illik turizm ixracını 300 milyon dollar artırdığı vurğulanıb.