Özbəkistanda “Referendumun keçirilməsi üçün dairələrin yaradılması haqqında” qanun qəbul edilib

Özbəkistanda “Referendumun keçirilməsi üçün dairələrin yaradılması haqqında” qanun qəbul edilib

Bakı, TurkicWorld:

Özbəkistan Respublikasında “Referendumun keçirilməsi üçün dairələrin yaradılması haqqında” qanun qəbul edilib.

TurkicWorld-un məlumatına görə, AzerPress bu barədə Özbəkistan Respublikası Mərkəzi Seçki Komissiyasına istinadən bildirir.

Məlumata əsasən, Özbəkistanın Qaraqalpaqıstan Respublikası vilayətlərində və Daşkənd şəhərində 14 seçki dairəsi yaradılıb.

Bundan əlavə, referendumun hazırlanması və keçirilməsi ilə bağlı xərclər müzakirə edilib. Bunun üçün dövlət büdcəsindən 182,4 milyard özbək sumu (UZS) vəsaitin ayrılması nəzərdə tutulub.

Əlavə olaraq, seçkilərin şəffaflığı üçün Kütləvi İnformasiya Vasitələri ilə qarşılıqlı əlaqələrin təşkili səbəbilə Mərkəzi Seçki Komissiyasının və onun regional bölmələrinin mətbuat mərkəzinin yaradılması haqqında qərar qəbul edilib.

Məlumat üçün qeyd edək ki, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının 2023-cü il 10 mart tarixli və Ali Məclis Senatının 14 mart tarixli qərarları ilə Özbəkistan Respublikasının Konstitusiya qanunu layihəsi üzrə aprelin 30-da referendum keçiriləcək. Özbəkistan prezident Şavkat Mirziyoyev 1992-ci ildə qəbul edilmiş Özbəkistan Konstitusiyasına 200-ə yaxın düzəlişin edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb. Konstitusiyaya 27 maddənin daxil edilməsi nəzərdə tutulur, onların ümumi sayı 128-dən 155-ə çatdırılacaq