Özbəkistan və Macarıstan arasında birbaşa uçuşlar həyata keçiriləcək

Özbəkistan və Macarıstan arasında birbaşa uçuşlar həyata keçiriləcək

Bakı, TurkicWorld:

Özbəkistan və Macarıstan arasında birbaşa uçuşlar həyata keçirləcək.

TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, bu barədə razılaşma Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə Macarıstanın Baş naziri Viktor Orbanın Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə iştirakı zamanı əldə edilib.

Məlumata əsasən, görüş zamanı iki ölkə arasında investisiya layihələrinin inkişafı, strateji əməkdaşlıq beynəlxalq gündəlik və s. kimi məsələlər müzakirə edilib.

Xatırladaq ki, martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilir. Bu tədbirin Ankarada keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşıb. Belə ki, daha əvvəl Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.