...

Özbəkistan Qətər müəssisələri ilə birlikdə İstilik Elektrik Stansiyaları tikəcək

Özbəkistan Digər xəbərlər 16 Mart 2023 16:24
TurkicWorld Ləman Əsədli
Özbəkistan Qətər müəssisələri ilə birlikdə İstilik Elektrik Stansiyaları tikəcək

Bakı, TurkicWorld:

Özbəkistanın Sırdərya və Surxandərya vilayətlərində Qətər müəssisələri ilə birlikdə İstilik Elektrik Stansiyaları tikiləcək.

TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, bu barədə razılaşma Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət naziri Ləziz Kudratov ilə Qətərin “Nebras Power” şirkətinin Biznesin İnkişafı üzrə rəhbəri Faisal Obaid Al Siddiqinin görüşü zamanı əldə edilib.

Məlumata əsasən, görüş zamanı tərəflər Sırdərya və Surxandərya rayonlarında ümumi gücü 3,1 QVt olan İES tikintisi layihəsinin hazırlanması prosesini müzakirə ediblər.

Məlumat üçün bildirək ki, Özbəkistanda hazırda altı İES var və 2022-ci ildə ölkədə 5,3 milyon Gcal istilik enerjisi istehsal olunub.

Məqalədə:
Xəbərlər

Xəbər lenti