Özbəkistanda 2000 MVt gücündə günəş fotoelektrik stansiyaları tikiləcək

Özbəkistanda 2000 MVt gücündə günəş fotoelektrik stansiyaları tikiləcək

Bakı. TurkicWorld:

Özbəkistanda 2000 MVt gücündə günəş fotoelektrik stansiyaları tikiləcək

TurkicWorld-un məlumatına əsasən, Özbəkistanın Energetika Nazirliyi “Huaneng Renewables Corporation” və “Poly Technologies” şirkətləri ilə Cizzax və Daşkənd regionlarında 2000 MVt gücündə günəş fotoelektrik stansiyalarının tikintisi üzrə Əməkdaşlıq Sazişi imzalayıb.

Bu müqaviləyə əsasən, “Huaneng Renewables Corporation” və “Poly Technologies” şirkətləri Özbəkistana 2 milyard dollar sərmayə qoyacaq.

Qeyd edək ki, bu günəş fotoelektrik stansiyalarının ilk tutumları bu ilin sonuna kimi işə salınacaq, 2024-cü ildə artıq stansiyalar tam gücü ilə işləyəcək.

Əlavə edək ki, bu fotoelektrik stansiyaların yaradılması sayəsində ildə 5 milyard kilovat-saat elektrik enerjisi istehsal olunacaq və bunun nəticəsində 1,3 milyard kubmetr təbii qaza qənaət ediləcək.